Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova bu gün səhər saatlarında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, T. Məmmədova bir müddət ağır xəstəlikdən əziyyət çəkirmiş. O, Yasamal qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib, sonuncu iş yeri Daxili Qoşunların Mətbuat xidmətinin rəhbəri olub. 2013-cü ildə o səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.