Ermənistanda 44 günlük müharibədə ölən əsgərlərin anaları Nikol Paşinyanın istefasını tələb edirlər.
"Unikal" xəbər verir ki, qadınlar bu dəfə sosial şəbəkə hesablarından Paşinyana qarşı aksiyaya başlayıblar.
“Qoşulun, susmayın. Ermənistan Respublikasında hakimiyyət kürsüsünü zəbt etmiş yaramaz Nikol Paşinyanın istefasını tələb edirəm. Onun hakimiyyəti dövründə Ermənistan ancaq uduzdu, alçaldıldı, gənc nəslini qurban verdi. Deyir ki, camaat məni güllələmək qərarına gəlsə, mən hazıram", - ölən əsgərin anası yazıb.