Məşhur “Russkiy samovar” restoranının yaradıcısı Roman Kaplan 84 yaşındaNyu-Yorkda dünyasını dəyişib.
"Unikal" RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu gün səhər tezdən Mayamidəki xəstəxanada vəfat edib.
Dəfn mərasimi Nyu-Yorkda keçiriləcəyi bildirilib.
Qeyd edək ki, R.Kaplan sovet və amerika ədəbiyyatşünası və tərcüməçisi idi. 1986-cı ildə İosif Brodski və Mixail Barışnikovla birlikdə Manhettendə “Russkiy samovar” restoranını açmışdı.