"Nikol Paşinyan hökumətinin üzvləri pis taktika seçiblər, Paşinyanın qərarlarına, addımlarına görə məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. Sadəcə onun əmrlərinə tabe olurlar".
"Unikal" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, bu hal Paşinyanı narahat etməlidir:
"Və bu, yəqin ki, Paşinyanı da narahat etməlidir, çünki sabah hakimiyyətin vətənə xəyanət etdiyi hüquqi və ya digər üsullarla sübut olunarsa və onlar buna görə cavab verməlidirlərsə, Paşinyan hökumətinin üzvləri “uçacaq”, yəni yoxa çıxacaq. Paşinyanın tərəfdarlarından birinin sevimli baş nazirinə dediyi kimi, bütün məsuliyyəti və günahı “o zavallı cənabın” çiyninə qoyub, gedəcəklər. Daha sadə desək, “atəş divarı” altında Paşinyan tək qalacaq, çünki onun hökumətinin üzvləri öz növbəsində haqq qazandıracaqlar ki, onların baş nazirlərinin nə etdiyini bilmirlər, o, hər şeyi onlardan gizli edib".
Gülayə Mecid