ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qarabağ məsələsini müzakirə edəcək.
"Unikal" xəbər verir ki, Rusiya tərəfinin məlumatına görə, müzakirə zamanı Dnestryanı münaqişənin nizamlanması, Ukrayna böhranı, eləcə də beynəlxalq gündəmdə olan digər məsələlərin müzakirəsi də planlaşdırılır.
Qeyd edək ki, A.Linden daha əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı aparıb, rəsmi açıqlamaya əsasən, atəşkəsin qorunması və münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Ağarza Elçinoğlu