1999-cu ildə ABŞ-da adam öldürməkdə təqsirli bilinən Julius Cons illər sonra məhkəmə qərarına əsasən edam cəzasına məhkum edilib.
"Unikal" xəbər verir ki, bu gün edam ediləcək Cons sevindirici xəbər alıb. Belə ki, ölüm hökmündən saatlar əvvəl Oklahoma qubernatoru Kevin Stitt məhkumu əfv edib. Buna səbəb Consun vəkilləri ştatın son edam üsullarının ölümə məhkum edilmiş cinayətkarlar üçün dəhşətli olduğunu iddia edərək, onun edamını dayandırmağa çalışıblar. Vəkillər Oklahoma edamlarının "qəddar və qeyri-adi cəza" kimi səciyyələndiriblər. Bundan sonra Oklahoma qubernatoru Kevin Stitt Consu əfv edib.
Bildirəki ki, 41 yaşlı Consun edamı yerli vaxtla saat 16:00-da həyata keçirilməli idi.