Rusiyada son sutka ərzində daha 37 156 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"Unikal" xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 9 257 068 nəfərə çatıb.
Son 24 saat ərzində 1 254 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə bu virusdan ölənlərin sayı 261 589 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniydan sonra üçüncü yerdə gəlir.