Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin aktyor sevgilisi Gökhan Alkana qadağa qoyduğu iddia olunub. Bildirilib ki, aktrisa Gökhanın rol aldığı “Kalp yarası” serialında tərəf müqabili Yağmur Tanrısevsinlə öpüşmə səhnələrinə çəkilməsini istəməyib.
Unikal.org xəbər verir ki, mövzu ilə bağlı Nəsrin açıqlama yayıb. O, davamlı olaraq haqqında çıxan şayiələrə qarşı səssizliyini pozaraq məlumatları yalanlayıb. Aktrisa sevgilisi belə olsa, kiminsə sənətinə müdaxilə etməyəcəyini vurğulayıb.