La-Palma adasında (Kanar adaları) artıq 2 aydır davam edən Kumbre-Vyexa vulkanının püskürməsi bu adaya təqribən 700 milyon avro dəyərində ziyan vurub.
"Unikal" xəbər verir ki, İspaniyanın Kanar adaları arxipelaqının Prezidenti Anxel Viktor Torres bəyan edib ki, La-Palma adası Avropa İttifaqından yardım almaq hüququna malik olması üçün o, ümumi daxili məhsulun 1 faizindən çox (təqribən 430 milyon avro məbləğində) ziyana düşməsini qeydiyyata aldırmalıdır. Beləliklə, dəyəri təqribən 700 milyon avro hesab edilən ziyan Kanar adalarının bu ictimai resurslardan istifadə etməsinə imkan verəcək.
Kumbre-Vyexa vulkanının püskürməsi nəticəsində adada 866,1 hektar ərazi məhv olub, 2 mindən çox bina dağılıb.