Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

"Unikal" xəbər verir ki, hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunda qeydə alınıb. 

Belə ki, Hacı Zeynalabdin qəsəbəsində yerləşən Şirvan yaşayış massivinin sakini, 1995-ci il təvəllüdlü Kazımov Rauf Vaqif oğlunu evakuator vurub. 26 yaşlı gənc aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.