Avstriya hökuməti COVID-19 pandemiyası ilə bağlı vəziyyətin kritikləşməsi ilə əlaqədar ölkə ərazisində ümumi qapanma elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Avstriya kansleri Aleksander Şallenberq region rəhbərləri ilə görüşünün yekununda elan edib.
Qeyd olunub ki, qapanma rejimi noyabrın 22-dən qüvvəyə minəcək və 20 gün davam edəcək. Rejimin dekabrın 13-də başa çatması gözlənilir.
Avstriyada həmçinin 2022-ci ilin fevralından məcburi vaksinasiyanın başlaması nəzərdə tutulur.
Qeyd edək ki, Avstriyada üçüncü həftədir ki ardıcıl olaraq koronavirusa yoluxma sayında artım qeydə alınır. Son günlərdə 15 min ətrafında yeni yoluxma faktları qeydə alınır.