Hakimiyyət media və QHT rəhbərləri ilə görüşəcək
00:11 18-02-2013
CƏMİYYƏT
Əli Həsənov: “Hər kəslə görüşəcəyik, vətəndaşlarla təmasları artıracağıq…”
“Prezident Administrasiyası vətəndaşlarla təmasları artıracaq. Rayonların icra sturukturlarında Bakıdan, mərkəzi hakimiyyətdən gedən vəzifəli şəxslər müntəzəm olaraq yerli vətəndaşlarla görüşlər keçirəcək, onları dinləyəcək, məsləhətləşəcək”.
Bu sözləri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İctimai Televiziyaya bazar günü verdiyi müsahibəsində söyləyib. O deyib ki, vətəndaşların fərdi problemləri ilə yanaşı, ölkənin qarşısında duran ictimailəşmiş problem və vəzifələrlə bağlı da bir sıra qurumlarla görüşlər, məsləhətləşmələr planlaşdırılıb.
Əli Həsənov deyib ki, o, QHT-lərlə daha bir görüş planlaşdırıb. Ölkədə fəaliyyət göstərən KİV rəhbərləri ilə, siyasi partiyalarla da ayrı-ayrılıqda görüş keçirməyi planlaşdırdığını açıqlayan Administrasiya təmsilçisi bildirib ki, onlarla “…bu günkü və gələcək inkişafının perspektivləri, hazırki siyasətin dəyərləndirilməsi” məqsədi ilə təmas qurulacaq. O, deyib ki, bu görüşlər növbə ilə may ayına qədər həyata keçiriləcək. Əli Həsənov müsahibəsində ölkə prezidentinin 12 fevral tarixli məlum tənqidi çıxışına dair suallara da cavab verib. Deyib ki, prezidentin tənqidi bir siqnaldır, hər kəs özünü düzəltməlidir. Ə. Həsənov inam ifadə edib ki, mövcud komanda daha yaxşı işləməyə və komanda üzvlərinin hər biri öz sahəsində dəyişikliklər etməyə çalışacaq. “Bugünkü komanda ilə prezident yüksək nəticələr qazanıb, böyük işlər görüb. Amma cənab prezident hesab edirsə ki, məmurlar bundan daha yaxşı işləyə bilər, deməli bu, belədir”,- ifadəsini də işlədib cənab Həsənov.
Prezidentin çıxışını 4 istiqamət üzrə təhlil edən Ə. Həsənov daha sonra yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı barədə İTV əməkdaşının qərəzli, jurnalist etikasından kənar suallarına cavab verib. Bu zaman iqtidar sözçüsü yazıçı ilə bərabər ölkə müxalifətini də kəskin tənqid edib. Buna səbəb, Əli Həsənovun təbirincə desək, müxalifətin Əkrəm Əylislinin romanına münasibətində bir əl yeri qoyulmasıdır. Administrasiya təmsilçisi deyib ki, Ziyalılar Forumu və İctimai Palata bunu qəsdən edir. Onun sözlərinə görə, bununla da müxalifət bir sıra ermənpərəst dairələrə mesaj verir ki, onlar da bu cür düşünürlər və indiki müxalifətə hakimiyyətə gəlməyə dəstək verilsə, Dağlıq Qarabağ məsələsində güzəştə gediləcək.
Burada xatırlatmaq yerinə düşər ki, İctimai Palata, o cümlədən, televiziya əməkdaşının qərəzli olaraq adını çəkdiyi (müxalif partiya rəhbəri kimi yalnız Müsavat başqanının ismi səsləndirildi) İsa Qəmbər “Daş yuxular” romanını kəskin tənqid ediblər. (Musavat.com)
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50