Tbilisinin mərkəzində Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin tərəfdarları növbəti aksiya keçirirlər.
"Unikal" xəbər verir ki, iştirakçılar Respublika meydanından Rustaveli prospekti boyu yürüş edirlər.
Mitinqin əsas tələbi M.Saakaşvilinin çoxprofilli mülki xəstəxanaya köçürülməsidir.
Parlamentin binası önündə davam etdiriləcək aksiyada Vahid Milli Hərəkat Partiyasının üzvləri, müxalifət tərəfdarları və ictimai fəallar iştirak edirlər. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.