Türkiyədə 10 gündür itkin düşən 3 yaşlı Müslüme Yörükün cansız bədəni tapılıb.
"Unikal" xəbər verir ki, hadisə Mersində qeydə alınıb. Belə ki,3 yaşlı Müslüme evlərinin qarşısında velosipedi ilə oynayarkən yoxa çıxıb. Ailəsi bundan xəbər tutduqdan sonra axtarışlara başlayıb. Lakin axtarışları heç bir nəticə verməyib. Yörük ailəsi polisə müraciət edib. Kənd sakinləri ilə birlikdə 700 adamın iştirak etdiyi axtarışlar bu gün yekunlaşıb.
10 gündür hər yerdə axtarılan Müslümənin cansız cəsədi evlərindən 7 kilometr aralıda, 500 metr yüksəklikdəki dağın zirvəsində tapılıb. Azyaşlının ölümü ilə bağlı cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Müslüme ailənin 8-ci övladı imiş. Onun ailəsi kənd təsərüffatı işləri ilə məşğul olurmuş.