Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir.
"Unikal" TASS-a istinadən xəbər verir ki, saat 07:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb. Dünyanın 68 ölkəsində daha 750 seçki məntəqəsi fəaliyyət göstərəcək. Təxminən 6,7 milyon vətəndaşın səsvermə hüququ var.
Seçki bülletenlərində cəmi iki nəfərin adı var: Bolqarıstan Sosialist Partiyası və digər partiyaların təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş hazırkı Prezident Rumen Radev və “Bolqarıstanın Avropa kimi İnkişafı üçün Vətəndaşlar” Partiyasının namizədi, Sofiya Universitetinin rektoru Anastas Qercikov.
Qeyd edək ki, noyabrın 14-də keçirilmiş birinci turda Radev 49,41%, Qercikov 22,82% səs toplamışdı.