Dmanisi şəhərindən 9 kilometr şimal-qərbdə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələ Tbilisi vaxtı ilə saat 07:48-də qeydə alınıb.
Zəlzələnin 3.2 bal gücündə olduğu bildirilir.