Hindistanın Andxra-Pradeş ştatında baş verən sel fəlakəti nəticəsində ən azı 29 nəfər ölüb, 100-dən çox insan isə itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə İndia TV məlumat yayıb.
Bildirilib ki, 1316 kənd su altında qalıb.
Ştat rəhbərliyi dəyən zərəri qiymətləndirir.