Gürcüstanda ötən sutka ərzində koronavirusa 3 357 yoluxma halı qeydə alınıb.
"Unikal" xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 812 246 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 76 nəfər ölüb, 5 772 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 11 498 nəfər, sağalanların sayı isə 749 699 nəfər təşkil edir.