Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 195 nəfər dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 350 163 nəfər test edilib, onların 21 177-nin koronavirus testi pozitiv nəticə verib, 34 290 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 327 719 peyvənd tətbiq edilib ki, bunun 90,28 faizi birinci, 80,61 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.