Bolqarıstanda prezident seçkilərinin nəticələri rəsmən elan edilməsə də, bir neçə təşkilatın keçirdiyi “exit-poll”un nəticələri məlum olub.
"Unikal" xəbər verir ki, səsvermənin ikinci turunda hazırkı prezident Rumen Radev və onun rəqibi Anastas Qercikov mübarizə aparıblar.
“Gallup International” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə görə Radev seçicilərin 65.7%-nin səsini qazanıb. “Alpha Research” təşkilatının keçirdiyi rəy sorğusunda nəticə 63.7%, “Trend”in sorğusunda isə 64,5% təşkil edib.
Mərkəzi seçki Komissiyasının saat 17.00-a olan məlumatına görə seçici fəallığı 24.12% olub.
Qeyd edək ki, noyabrın 14-də keçirilən birinci turda R. Radev seçicilərin 49,41 faizinin, A. Qercikov isə seçicilərin 22,82 faizinin səsini alıb.