İsrailin Yaffa şəhərində naməlum şəxs bıçaqla piyadalara hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, Bat-Yam küçəsində baş verən insident nəticəsində 67 yaşlı kişi ağır xəsarət alıb.

Polis hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı şəxsi yaxalayıb.