Türkiyəli məşhur müğənni Hadisə sevgilisi zəngin iş adamı Mehmet Dinçerle Beykozda jurnalistlərin obyektinə tuş gəliblər.
"Unikal" xəbər verir ki, müğənni və sevgilisi jurnalistlərin "Evlilik nə vaxtdır?" sualına gülümsəyərək cavab verməkdən imtina ediblər. Bildirək ki, Hadisənin sosial media hesabından qardaşı qızı ilə paylaşdığı fotonun altında Dinçer "Qucağına necə yaraşır, maşallah" sözlərini yazmışdı. Daha sonra cütlüyün evliliyə hazırlaşdıqları sosial mediada gündəm mövzusuna çevrilmişdi