Ukraynada hər il noyabrın 21-də qeyd olunan “Şərəf və Azadlıq Günü”ndən sonra paytaxt Kiyevdə gərginlik artıb.
"Unikal" xəbər verir ki, xalq arasında “Avromeydan” kimi tanınan şənliklərdə nümayişçilər əllərində Ukrayna və AB bayraqları ilə tez-tez Rusiya əleyhinə şüarlar səsləndiriblər.
Həmçinin keçmiş prezident Pedro Poroşenkonun tərəfdarları Ukrayna prezidenti Vladimir Zelenskinin istefasını tələb edərək, Prezident Administrasiyasının binasına basqın etməyə cəhd ediblər.
Ukraynalılar “Zelenski həbs olsun” şüarları səsləndiriblər. Əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Gecə saatlarında nümayiş polislər tərəfindən dağıdılıb.
Gülayə Mecid