"Türkiyə münasibətlərin qurulması üçün yeni ilkin şərtlər qoyur".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın "Le Figaro" qəzetinə müsahibəsində deyib.
"Biz hər zaman bəyan etmişik ki, Türkiyənin "Artsaxa" qarşı müharibə zamanı həm siyasi, həm də digər baxımdan Azərbaycana verdiyi böyük dəstəyə baxmayaraq, heç bir şərt qoymadan münasibətlərimizi normallaşdırmağa hazırıq", - deyə nazir bildirib.
Mirzoyan bildirib ki, onlar Türkiyə ilə dialoqların başlaması üçün müsbət siqnallar alsa da, proses hələ də mürəkkəb olaraq qalır:
"Biz Türkiyədən dialoqun yenidən başlaması üçün müsbət siqnallar almışıq, lakin bu, mürəkkəb olaraq qalır. Ankara yeni şərtlər təklif edir. Onların arasında Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz də var. Bu, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verməlidirlər. Regionda bütün rabitə kanalları yenidən açılmalıdır".
Ağarza Elçinoğlu