"Taliban" qadınlara yeni qadağalar tətbiq edib.
"Unikal" xəbər verir ki, qərara görə, əfqan və ya əcnəbi qadın aktyorlar seriallarda rol ala bilməyəcək. Rol alsalar belə, televiziyada bu materiallar göstərilməyəcək.
Digər tərəfdən, qadın jurnalistlər və aparıcılar kamera qarşısında hicab taxmalı olacaqlar. Lakin qaydalarda hansı növ çadranın tələb olunduğu əksini tapmayıb.