ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində naməlum şəxs avtomobili Milad paradı iştirakçılarının üzərinə sürüb. Hadisə nəticəsində 5 nəfər ölüb, 40-dan artıq insan xəsarət alıb.
"Unikal" xəbər verir ki, yaralılar xəstəxanalara yerləşdirilib.
Onların bir çoxunun vəziyyəti ağırdır. Məlumata görə, hadisədən sonra atəş səsləri eşidilib, avtomobildəki şəxslər parad iştirakçılarına atəş açıb.
Şəhərin polis departamentinin rəhbəri Den Tompson bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, daha iki nəfərin axtarışları davam edir.
Prezident Co Bayden hadisə barədə məlumatlandırılıb.