"Eurovision 2021" təmsilçimiz Samirə Əfəndi Türkiyənin "Sözcü" qəzetinə müsahibə verib.
"Unikal" xəbər verir ki, müğənni yarışmaya qatılmasından, yer tutmamasından bəhs edib. Samirə "Azərbaycan "Eurovision"da siyasətin qurbanı oldu" sualına belə cavab verib:
"Musiqini siyasətlə müqayisə edib və bunu səbəb kimi göstərmək istəmirəm. Musiqi böyük gücdür. Bəzən musiqinin həyata baxışımızı və düşüncələrimizi dəyişməsini qəbul etməliyik. "Eurovision"ın mənim üçün möhtəşəm bir sıçrayış olduğunu deyə bilərəm. Hər məşqdə performansımıza böyük bir məsuliyyət və sevgi ilə yanaşırdım. Çox zövq aldım. Mahnı və səhnə performansımız həm əcnəbi, həm də yerli dinləyicilər tərəfindən çox sevildi. Məncə əsas olan da budur".
Dəfələrlə "Eurovision" seçim turlarına qatılan Əfəndi yenidən Azərbaycanı yarışmada təmsil edəcəyi haqda suallara "Beş dəfə seçim turuna qatıldım. Altıncıda finalda yer aldım. İki il ölkəmi təmsil etdim. Hələ 2022-ci ildə təmsil etmə təklifi almamışam" reaksiyasını verib.(axşam.az)