Ermənistanın baş naziri Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti açıqlama yayıb.
Telefon danışığı zamanı tərəflər Ermənistan və Belarusdakı vəziyyət barədə bir-birlərini məlumatlandırıb, KTMT çərçivəsində problemli məsələləri müzakirə ediblər.
Paşinyan Belarus prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də məlumat verib.