Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan erməni milli azlığının başçısı Araik Arutyunyan noyabrın 21-də Xocavənd rayonunda yerləşən Qafqaz Albaniyasına məxsus ilkin orta əsrlərə aid Amaras məbədində olub.
"Unikal" xəbər verir ki, Arayik bu barədə "Facebook" səhifəsində məlumat paylaşıb.
A.Arutyunyan hərbçilərin və din xadimlərinin müşayiəti ilə məbədə gəlib. O, əvvəlcə məbəd tərəfdən Azərbaycan ordusunun mövqelərinə baxıb. Daha sonra birbaşa ön xəttə gəlib. Burdan cəmi bir neçə yüz metr aralıdakı Azərbaycan postunda küləkli havada dalğalanan dövlət bayrağımızı seyr edib.