"İndiyədək Fars körfəzində ABŞ-la birbaşa toqquşmalarda İnqilab Keşikçiləri Korpusunun (SEPAH)  9 hərbçisi həlak olub".

"Unikal" xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri deyib.

“ABŞ və İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri arasında bir neçə dəfə birbaşa qarşıdurma yaşanıb", - Təngsiri bildirib.

Ə.Təngsiri toqquşmaların nə vaxt baş verdiyi barədə məlumat verməyib.