“Bizə məzənnə və faiz artımları ilə oynanılan oyunu gördük. Amma səbr etdik və qazandıq”.
“Unikal” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
“Eyni oyunu terror təşkilatlarına qarşı mübarizədə də gördük. Əks hücumlara keçdik, bacardıq. Xalqımızı bu iqtisadi asılılıq müharibəsindən qalib çıxaracağıq”, - dövlət başçısı bildirib.