Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 193 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 005 nəfər test edilib, onların 24 856-nın koronavirus testi pozitiv nəticə verib, 28 935 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 473 872 peyvənd tətbiq edilib ki, bunun 90,33 faizi birinci, 80,70 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.