Bolqarıstanın Struma şosesində Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğrayaraq yanıb.
"Unikal" xəbər verir ki, hadisə yerində 45 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.
NOVA telekanalı isə hadisə nəticəsində 46 nəfərin öldüyünü açıqlayıb. Ölənlər arasında avtobusun sürücüsü də var.
Qəza zamanı daha 7 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 2-si qadın, 5-i kişidir. Yaralılar Sofiyadakı xəstəxanaya yerləşdirilib.
Qəzanın baş vermə səbəbi araşdırılır.