Dünyanın ən ağır "Mi-26T2V" hərbi-nəqliyyat helikopterinin seriyalı istehsalına ilin sonuna kimi icazə alınacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Rus Helicopters" rotor gəmi istehsalçısının baş direktoru Andrey Boqinski bildirib.
"Hazırda biz helikopterin baza konfiqurasiyası üçün O1 təyinatının alınmasının son mərhələsindəyik və Mi-26T2V-nin uçuş sınaqlarını başa çatdırmaq üçün bir neçə uçuş qalıb. Biz bu uçuşları ilin sonuna kimi həyata keçirəcəyimizi gözləyirik. Biz artıq Mi-26T2V helikopterinin ilk partiyalarını Rusiya qoşunlarına çatdırmışıq", - deyə baş direktor bildirib.
Qeyd edək ki, təkmilləşdirilmiş "Mi-26T2V" vertolyotu debüt uçuşunu 2018-ci ilin avqustunda həyata keçirib.
"Mi-26T2V" hərbi-nəqliyyat helikopterinin 20 ton yük qaldırma qabiliyyəti var.
Ağarza Elçinoğlu