Gürcüstanda son sutka ərzində koronavirusa 5 085 yeni yoluxma halı təsdiqlənib, 4 428 nəfər müalicə olunara sağalıb, 62 pasiyent vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 819 182 nəfərdə aşkarlanıb. Onların 759 727-si sağalıb, 11 615-i isə ölüb.