"Nikol Ermənistan Respublikasını daxildən partlatmaq üçün öz sui-qəsd kampaniyasını fəal şəkildə davam etdirir".
"Unikal" xəbər verir ki, bu sözləri keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan öz "Facebook" səhifəsində yazıb.
O, xüsusilə qeyd edib ki, keçmiş hakimiyyətə, xüsusən də prezidentlərə qarşı saxta cinayət işlərinin, saxta ittihamların, böhtanların “nümayiş” paradı cəmiyyətin birliyini pozdu, ordunu ruhdan saldı:
"Paşinyan Ermənistanın müdafiə sistemini darmadağın etdi. Serj Sarkisyana qarşı ikinci saxta ittiham irəli sürməklə, ictimaiyyətin diqqətin yayındırır".
Gülayə Mecid