Avropa İttifaqının (Aİ) Aleksandr Lukaşenko hökumətinə qarşı yeni sanksiyalar paketi noyabrın sonunda qüvvəyə minəcək.
"Unikal" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Eva-Mariya Laymetz məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyətlər bir sıra şirkətlərə və vətəndaşlara təsir edəcək. Gələn ayın əvvəlində isə ABŞ kimi digər həmfikir ölkələrlə sanksiyaların tətbiq edilməsi razılaşdırılacaq.
Qeyd edək ki, ABŞ-ın Belarusdakı xüsusi nümayəndəsi Julie Fisşer dünən Vilson Center konfransında deyib ki, Lukaşenko böhrana görə "tam məsuliyyət daşıyır". O, həmçinin qeyd edib ki, həm ABŞ, həm də Aİ tezliklə daha sərt sanksiyaların gözlənildiyini açıq şəkildə bəyan edib.
Ağarza Elçinoğlu