Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Fələstin lideri Mahmud Abbasla danışıqlar aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər Rusiyanın Fələstin-İsrail nizamlanması istiqamətində səylərini nəzərə alaraq, ikitərəfli əməkdaşlığın gələcək inkişafı məsələlərini və Yaxın Şərq regionundakı vəziyyəti nəzərdən keçirəcəklər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin və Abbas arasında danışıqlar günün ikinci yarısında başlayacaq. Liderlərin işçi səhər yeməyi formatında söhbəti davam etdirmələri planlaşdırılır.