Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 531 yoluxma qeydə alınıb.

"Unikal" xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 334 878 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 48 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7356 nəfərə yüksəlib.