Fransanın Baş naziri Jan Kasteksin COVID-19 testi pozitiv çıxıb.
"Unikal" xəbər verir ki, 11 yaşlı qızının virusa tutulmasından sonra Kasteks də koronavirus testi verib. Testi müsbət çıxan Baş nazirin özünü karantinə aldığı bildirilib.
Qeyd edək ki, Kasteks dünən Belçikanın paytaxtı Brüsseldə həmkarı Aleksandr De Croo ilə görüşüb.
Ağarza Elçinoğlu