Rusiyanın Sankt-Peterburq şəhərində baş verən yol qəzası ölkəni ayağa qaldırıb.
"Unikal" xəbər verir ki, zəncirvari qəzada avtomobillərinin birinin baqaj hissəsi açılıb. Polislər avtomobilə ilkin baxış keçirən zamanı meyitlə qarşılaşıblar. Başı kəsilmiş meyitin tapıldığı avtomobildə olan 3 nəfər meşəlik əraziyə qaçıb. Hadisə yerinə çoxlu sayda polis cəlb olunub. Meşəlik əraziyə qaçan 3 nəfər qısa müddətdə yaxalanıb.
Saxlanılanların 23 yaşında olduğu bildirilib. Məlum olub ki, 3 nəfər 1 il bundan əvvəl qətl hadisəsi törədiblər. Onlar cinayətin üstünü örtmək üçün cəsədi özləri ilə daşıyıblar. gənclərdən birinin etirafı qan dondurub. O, meyitin ətindən yediyini, amma heç də ləzzətli olmadığı dilə gətirib:
"Öldürdüyüm adamın dilini bişirməyə qərar verdim, amma bişirdiyim ətin dadını bəyənmədim. Bir gün sonra heç bir şey olmamış kimi həyatıma davam etdim, peşman deyiləm”.
Bununla yanaşı, gənclər cəsədi basdırmaq qərarına gəldikləri üçün meşəlik əraziyə yollandıqlarını açıqlayıblar.
Polislərin araşdırması zaman məlum olub ki, cəsəd 50 yaşlı Ermənistan vətəndaşına məxsusdur. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.
Gülayə Mecid