Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfərə gedib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyənin milli müdafiə Naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan müdafiə nazirinin rəsmi səfəri çərçivəsində dövlətlərarası hərbi məsələlər barədə müzakirələr aparılacaq.
