Rusiyada son sutka ərzində 1 243 nəfər koronavirusdan vəfat edib.

"Unikal"ın məlumatına görə, bugünədək Rusiyada virusdan ölənlərin sayı 266 579 nəfərə çatıb.

Ötən gün ölkədə 1 241 nəfərin ölümü qeydə alınmışdı.

Eyni zamanda ölkədə son sutkada 33 996 nəfər koronavirusa yoluxub. Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı isə 9,4 milyon nəfəri ötüb.