"Ermənistan hakimiyyəti Ankara ilə münasibətləri tənzmiləməyə hazır olduğu barədə Moskvanı məlumatlandırıb”.
"Unikal" "TASS"a istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.
"Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən müttəfiqimiz Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini dəstəkləməyə hazır olduqlarını açıqladı. Rusiyalı tərəfdaşlarımızla müzakirələr zamanı biz ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğumuzu bəyan etdik. Əgər prosesdə irəliləyiş olsa, təbii ki, ictimaiyyəti məlumatlandıracağıq”, - o bildirib.