Rusiyanın Novosibirsk merinin müavini Anna Tereşkova insanları sağlam həyata sövq etmək və diqqət çəkmək üçün soyunaraq qarın içinə girib.
"Unikal" xəbər verir ki, Tereşkovanın bu addımı yerli sakinlər tərəfindən yaxşı qarşılanmayıb.
Belə ki, qadın siyasətçi -20 dərəcədə soyunaraq, qarın içinə tullanıb və üzməyə çalışıb. İnstaqramda qarın içindəki videosunu paylaşan Tereşkovaya "saxta" olduğu üçün mənfi reaksiyalar gəlib.
Qadın müavin isə bunlara əhəmiyyət verməyib:
"Sibirdə olmağımızdan istifadə etməliyik. Burada güclü və sağlam insanlar yaşayır. Bədəni gümrah saxlamağın ən yaxşı yolu soyuqda qarın içinə girməkdir", - deyə fotosuna şərh bildirib.