Türkiyənin Tekirdağ şəhərində yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, qəza Muradlı-Böyükkarşıran avtomobil yolunda baş verib.
Yağış səbəbindən sürüşkən yolda idarəetməni itirən avtomobil qarşı zolağa çıxaraq fabrik işçilərini aparan mikroavtobusla toqquşub.
Qəza nəticəsində 2 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.