Cənubi Koreyanın keçmiş diktatoru Çun Du Hvan ölüb.
"Unikal" xəbər verir ki, bir müddət əvvəl alzheymer və qan xərçəngi ilə mübarizə aparan 90 yaşlı Çun paytaxt Seuldakı evində ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Çun Du Hvan 1979-cu ildə dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirmişdi. O, demokratiya tərəfdarlarını sərt şəkildə sıxışdırdığına və vəzifədə olarkən törətdiyi cinayətlərə görə 1996-cı ildə həbs olunmuş, 1997-ci ildə isə əfv edilmişdi.