Gürcüstanın paytaxtı Tbilisinin Avlabar rayonunda “Bank of Georgia”nın filiallarından birinə basqın edilib.

"Unikal" xəbər verir ki, basqınçı bankı qarət etməyə çalışsa da, buna müvəffəq olmayıb.

Ərziyə polis əməkdaşları cəlb olunub. Qarətçinin artıq saxlanıldığı bildirilir.

Faktla bağlı istintaq işləri aparılır.