Türkiyəli müğənni Ercan Turqut 69 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun sənət dostları sosial media hesablarında yazıb. Bir müddətdir xərçənglə mübarizə aparan sənətçi bu gün dünyasını dəyişib.
Qeyd edək ki, E.Turqut 13 yaşında musiqi ilə məşğul olmağa başlayıb. O, “Olur Böyle Şey / Gülme Sakın Komşuna” adlı ilk albomunu 1974-cü ildə dinləyicilərinə təqdim edib.