Əfsanəvi müğənni Viktor Tsoyun çəkdiyi rəsm 31 min 200 avroya satılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Tsoy bu şəkli adi kağız üzərində flomasterlə çəkib.
Rəsmdə Əfqanıstan müharibəsi əks olunub. Bundan başqa, mücahidə bənzəyən və silahını ondan qaçan müxbirə tuşlayan kişi də təsvir edilib.
Əsərin yeni sahibinin kim olduğu açıqlanmayıb. Satış isə internet vasitəsilə həyata keçirilib.